Çempionlar Liqası: “Sabah”ın səfər oyununu fransızlar idarə edəcək
İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.
Msport.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Villi Delajo olacaq.
FIFA referisinə həmyerliləri Ervan Finjean və Valentin Evrard köməklik edəcək. Dördüncü hakim funksiyasını Mathieu Vernice yerinə yetirəcək. VAR-da Jerome Brisard, AVAR-da serbiyalı Momçilo Markoviç əyləşəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.







