Çempionlar Liqası: "Marsel" uduzdu, "Makkabi" və "Reyncers"dən qələbə - YENİLƏNDİ
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin daha 3 görüşü keçirilib.
Msport.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında Fransa “Marsel”i Yunanıstanda “Panatinaikos”a uduzub.
İsrailin “Makkabi” (Hayfa) komandası Slovakiyada “Slovan”ı məğlub edibsə, Şotlandiya “Reyncers” evdə İsveçrə “Servett”inə qalib gəlib.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust22:00. “Panatinaikos” (Yunanıstan) – “Marsel” (Fransa) – 1:0
Qol: Bernard, 83
Qırmızı vərəqə: Joffre Kondoqbia, 63 (“Marsel”)22:30. “Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) – 1:2
Qollar: Yuray Kuçka, 12 – Fratsdi Pyero, 5. Dia Saba, 1522:45. “Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə) – 2:1
Qollar: Ceyms Tavernye, 6. Siril Dessers, 15 – Kris Bedia, 44
Qırmızı vərəqə: David Dulin, 60 (“Servett”)Qeyd edək ki, bu raundaun əvvəlki görüşləri avqustun 8-də oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası arasında keçirilməli oyun isə yerli azarkeşin öldürülməsinə görə təxirə salınıb.







