Cerrard yenə imtina etdi
Moskva “Spartak”ı “Liverpul”un keçmiş kapitanı, son olaraq “Əl-İttifaq”ı çalışdıran Stiven Cerrarda yenidən təklif göndərib.
Msport.az xəbər verir ki, ingiltərəli mütəxəssisin Rusiya klubu ilə bağlı mövqeyi dəyişməyib.
O, kluba yenidən rədd cavabı verib. Bildirilib ki, mütəxəssis beynəlxalq vəziyyətə görə Rusiyada işləmək variantlarını nəzərdən keçirmək istəmir.
Qeyd edək ki, Cerrard “Əl-İttifaq”dan bu ilin ilin yanvarında ayrılıb və həmin vaxtdan işsizdir.







