featured-image-40869

“Çox şükür ki, futbolçular azarkeşlərin gözləntilərini doğrultmağa çalışırlar. Uşaqlar bütün bacarıqlarını ortaya qoyurlar ki, fanatları sevindirsinlər. Nə dərəcədə alınır onu zaman göstərəcək”.

Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Premyer Liqanın XVII turunda “Sumqayıt”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis çətin komandaya qarşı oynadıqlarını bildirib: “Rəqib sürətli əks-hücumlarla irəli çıxmağı bacarır. Tək meydanın özlərinə aid yox, digər hissəsində də top saxlaya bilirlər. Öz vəziyyətlərini gözləyirlər. Düşünürəm ki, oyunda komandamız düzgün müdafiə olunub, sürətli hücumlarla epizodlar yaxaladı. Komandamız daha yaxşı yerlərə getməyə hazırlaşır”.

Bənzər xəbərlər