featured-image-72179

“Arsenal” UEFA Çempionlar Liqasında 2005/2006 mövsümündəki uğurunu təkrarlayıb.

Msport.az xəbər verir ki, London klubu 20 ildən sonra ilk dəfə turnirdə keçirdiyi ilk 5 matçda qələbə qazanıb.

“Bavariya”nı (Almaniya, 3:1) məğlub edən “Topçular” əvvəlki turlarda “Atletik”dən (İspaniya, 2:0), “Olimpiakos” (Yunanıstan, 2:0), “Atletiko”dan (İspaniya, 4:0) və “Slaviya”dan (Çexiya, 3:0) üstün olublar.

2005/2006 mövsümündə komanda UEFA Çempionlar Liqasının finalına qədər irəliləsə də, həlledici görüşdə “Barselona”ya (İspaniya, 1:2) məğlub olub.

Qeyd edək ki, İngiltərə klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 5 matçdan 15 xalla turnir cədvəlinə liderlik edir. “Arsenal” bu mövsüm Liqa mərhələsində keçirdiyi beş matçın hər birində qələbə qazanan yeganə komandadır. Mikel Artetanın baş məşqçisi olduğu komandası VI turda səfərdə “Brügge”nin qonağı olacaq.

Bənzər xəbərlər