featured-image-72149

UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində V tura yekun vurulub.

Msport.az xəbər verir ki, turun son oyun günündə daha 9 görüş baş tutub.

“Qarabağ”ın rəqiblərindən “Liverpul” evdə PSV-yə 1:4, “Ayntraxt” isə səfərdə “Atalanta”ya 0:3 hesabı ilə yenilib.

“Real” səfərdə “Olimpiakos”un qonağı olub. Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”nun bütün qollarını Kilian Mbappe vurub.

PSJ isə doğma meydanda “Tottenhem”ə 5:3 hesab ilə qalib gəlib.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

V tur

21:45. “Kopenhagen” (Danimarka) – “Kayrat” (Qazaxıstan) – 3:2

21:45. “Pafos” (Kipr) – “Monako” (Fransa) – 2:2

00:00. PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) – 5:3

00:00. “Liverpul” (İngiltərə) – PSV (Niderland) – 1:4

00:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 3:1

00:00. “Atletik” (İspaniya) – “İnter” – (İtaliya) 2:1

00:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Atalanta” (İtaliya) – 0:3

00:00. “Sportinq” (Portuqaliya) – “Brügge” (Belçika) – 3:0

00:00. “Olimpiakos” (Yunanıstan) – “Real” (İspaniya) – 3:4

Bənzər xəbərlər