featured-image-44230

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann “Mançester Yunayted”in sabiq oyunçusu Corc Bestin rekordunu təkrarlayıb.

Msport.az-ın məlumatına görə, 23 yaşlı forvard buna ölkə kubokunun 1/8 finalında “Luton Taun”a 5 qol vurmaqla nail olub.

Son olaraq Corc Best 1970-ci ildə bu turnirdə penta-trik edib.

Qeyd edək ki, qarşılaşma “şəhərlilər”in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Holann 2022-ci ildə 60 milyon avroya Almaniyanın “Borussiya” (Dortmund) klubundan “Mançester Siti”yə keçib.

Bənzər xəbərlər