featured-image-36496

Türkiyənin “Ümraniyespor” klubunda çıxış edən Coşqun Diniyev Azərbaycan milli komandasına dəvət alıb.

Msport.az I Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Belçika ilə AVRO-2024-ün seçmə mərhələ və İordaniya ilə yoldaşlıq oyunlarına çağırılıb.

Baş məşqçi Canni De Byazinin yığmanın heyətini Azərbaycan Premyer Liqasının V turunun oyunlarından sonra açıqlayacağı gözlənilir.

Millimiz sentyabrın 9-da Belçikanı, bundan 3 gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək.

Qeyd edək ki, Coşqun Diniyev “Ümraniyespor”a bu ilin yayında “Səbail” komandasından keçib.

Bənzər xəbərlər