featured-image-22329

Azərbaycan Paremyer Liqasının 21-ci turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:1) sonra qonaqların baş məşqçisi CBC Sport-a açıqlama verib. Msport.az xəbər verir ki, o, itkilərə baxmayaraq, şans verdikləri futbolçuların yaxşı təsir bağışladığını deyib:

“Şamaxı çətin səfərdir. Burda bütün rəqiblər çətinlik çəkirlər. Çünki “Şamaxı” yaxşı mübarizə aparan komandadır. Bəlkə də çoxumuz gözləmirdik, amma çempionatda öz sözlərini deməyi bacarırlar. Çoxdandır qələbə qazanmırdıq. Komandamızı təbrik edirəm. Son oyunlarda bir az bəxt də biz tərəfdə deyildi. Bəzi oyunlarda xallarımızı qazana bilərdik. Amma bu gün futbolçular həqiqətən meydanda düzgün oynadılar, tapşırıqları yerinə yetirdilər. Qələbə üçün nə lazım idisə, onu eləməyə çalışdılar. İtkilərimiz də var idi, buna baxmayaraq, şans verdiyimiz futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Azarkeşləri təbrik edirəm, uzaq yol gəlib bizi dəstəkləyirdilər. Çempionat sona qədər gərgin keçəcək. Hər xal önəmlidir. Bu gün mühüm 3 xal qazandıq”.

Tovuz klubunun çalışdırıcı cəzalı Natan Oduva, həmçinin zədəli futbolçuların da vəziyyətindən danışıb: “Oduvanın yoxluğu bu gün hiss olunurdu. Çünki Natan bizim üçün önəmli oyunçudur. Amma cəzalı olduğu üçün komandaya kömək edə bilmirdi.

Marakvelidzedə son oyunda ağrılar oldu. Təəssüf ki, dünən məşqdə yenidən o ağrılar təkrar olundu və risk etmədik. Eltun Turabovun oyunun əvvəlində bəxtsizlikdən ayağı burxuldu. Sağ olsun, 45 dəqiqə dözə bildi. Amma ikinci hissədə onu da risk edə bilməzdik. Çempionat uzundur, belə zədələr, cəzalar olacaq. Ona görə hər kəs hazır olmalıdır ki, kimə şans verilir, onu düzgün istifadə etsinlər”.

AYXAN 

Bənzər xəbərlər