Dadaşov "Ankaragücü"nü xilas edə bilmədi
Türkiyə I Liqasında III turun oyunları keçirilir. Msport.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Ankaragücü” öz meydanında “Ümraniyespor”u qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Sona qədər meydanda olan Renat bir dəfə rəqibin qapısına yol tapsa da, qol oyundan kənar vəziyyətə görə sayılmayıb.
U-17 millimizin üzvü Həsən Nəzərov isə 86-cı dəqiqədə oyuna daxil olub.
3 oyundan sonra aktivində 3 xalı olan “Ankaragücü” 10-cu yeri tutur.