featured-image-46733

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun zədəsinin durumu ilə bağlı dəyişiklik olub.

Msport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlin “Dinamo”sunun forvardı mövsümün qalan oyunlarında komandasına kömək edə bilməyəcək.

32 yaşlı oyunçunun daha əvvəl mayda keçiriləcək görüşlərdə iştirakı proqnozlaşdırılırdı. Lakin son tibbi müayinə sağalma prosesinin ləng getdiyini üzə çıxarıb. Həkimlərin rəyinə əsasən, Dadaşov üçün mövsüm başa çatıb. O, bu ayın əvvəlində məşqdə zədələnmişdi.

Qeyd edək ki, bu mövsüm Almaniya Regional Liqasında 14 qol vuran Rüfət Dadaşov “Dinamo”nun ən məhsuldar futbolçusudu.

Bənzər xəbərlər