featured-image-38734

Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” Türkiyə Superliqasında növbəti matçını keçirəcək.

Msport.az xəbər verir ki, komanda IX turda səfərdə “Fənərbağça” ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, əvvəlki bütün görüşlərdə qələbə qazanan İstanbul təmsilçisi 24 xalla ikinci, “Hatayspor” isə 14 xalla beşinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər