"Daha çox qol vurmalı idik" - "Napoli"nin futbolçusu
“Napoli”nin futbolçusu Skot Maktominey Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”la oyundan (2:0) danışıb. Msport.az xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi Sky Sport-a açıqlama verib:
“Oyunun ilk dəqiqələri ağır keçdi, çoxlu səhvlərə yol verdik. Amma bəzən belə də olur. İkinci hissədə biz daha yaxşı oynadıq və daha çox qol vurmalı idik. Bu gün çox vacib 3 xal qazandıq”.







