featured-image-30256

Braziliya millisinin və “Barselona”nın sabiq müdafiəçisi Dani Alves zorlamaya görə yanvar ayından həbsdədir. 40 yaşlı sabiq futbolçu 12 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Msport.az xəbər verir ki, Dani Alvesin kamera yoldaşı “As”a müsahibəsində ulduz oyunçunun məhbus həyatından danışıb. Onun sözlərinə görə, Alves tez-tez digər məhbuslar tərəfindən təhqirlərə məruz qalır.

“Yeməkxanada bəzi kobud insanlar onun üstünə qışqırırlar, təcavüzkar və homoseksual adlandırırlar. O, havaya çıxmır, lakin hərdən idman zalına gedir. Adətən Dani öz kamerasında qalır, ya da televizor olan otaqda oturur”.

Futbolçunun kamera yoldaşı bildirib ki, “Barsa”nın sabiq üzvü çox arıqlayıb:

“O, çox arıqlayıb və kədərli olub. Dani də bizə verilən yeməklə qidalanır” .

Qeyd edək ki, Dani Alves məhkəmədə tez-tez ifadələrini dəyişir.

ANAR

 

Bənzər xəbərlər