featured-image-17347

“Qızıl top”un sahibi Kərim Benzema zədə səbəbindən dünya çempionatında oynaya bilməyəcək.

Msport.az xəbər verir ki, Fransa millisində “Real”ın hücumçusunu 3 futbolçu əvəz edə bilər. Bu haqda jurnalist Robin Barnye paylaşım edib.

Antoni Marsyal (Mançester Yunayted”), Vissam Ben Yedder (Monako) və ya Musa Diabi (Bayer) milliyə dəvət oluna bilər.

26 yaşlı Marsyal bu mövsüm 7  oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

32 yaşlı Ben Yedder 21 matçda  10 dəfə fərqlənib və 2 asist edib.

22 yaşlı Diabi 22 görüşdə 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər