Goranboyda yunan-Roma güləşi üzrə turnir
Goranboyda yunan-Roma güləşi üzrə turnir keçirilib.
Msport.az xəbər verir ki, yarışı Milli Məclisin deputatı Anar Məmmədov və YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev də izləyiblər.
Azərbaycan Güləş Federasiyasının iki dəst güləş döşəyi hədiyyə etdiyi Qaradağlı kənd orta məktəbinin zalında təşkil olunan yarışın açılış mərasimində çıxış edən A.Məmmədov ölkədə bu idman növünün inkişafının və kütləviliyinin yüksək səviyyədə olduğunu bildirib.
Qeyd edək ki, Qaradağlı kəndi Avropa çempionu və dünya ikincisi Həsrət Cəfərov, Avropa ikincisi və dünya üçüncüsü Taleh Məmmədov kimi tanınmış idmançıları yunan-Roma güləşinə bəxş edib.