Azərbaycanda oynamış futbolçu: “Bəziləri deyir ki, 22 dəli 1 topun arxasınca qaçır”
“Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq futbolçusu Franko Flores Argentina millisinin Qətərdə keçirilən dünya çempionatının qalibi olmasından yazıb.
Msport.az xəbər verir ki, argentinalı müdafiəçi bununla bağlı “Facebook” səhifəsində paylaşım edib.
29 yaşlı oyunçu “tanqoçular”ın çempionluğunu haqq etdiyini bildirib: “Bəziləri deyir ki, 22 dəli 1 topun arxasınca qaçır. Bütün dünyanı xoşbəxt etdiyiniz üçün sağ olun. Futbolda ədalət öz yerini tapdı”.
Qeyd edək ki, Franko Flores 2019/2020 mövsümündə, həmçinin 2022-ci ilin yanvarından iyununadək “Keşlə” çıxış edib.