DÇ-2022: Mundialın ən gözəl qolu açıqlandı
Braziliya millisinin və “Tottenhem”in hücumçusu Rişarlison dünya çempionatında vurulan ən gözəl qolun müəllifi olub. Msport.az xəbər verir ki, bu barədə FİFA öz rəsmi saytında məlumat yayıb.
Rişarlison qrup mərhələsinin 1-ci turunda Serbiya ilə matçda (2:0) akrobatik tullanışla topu başı üzərindən qapıya göndərmişdi.
Braziliyalı forvard səsvermədə Salem Əl Dovsari (Səudiyyə Ərəbistanı), Kodi Qakpo (Niderland), Entso Fernandes (Argentina), Vensan Abubakar (Kamerun), Luis Çaves (Meksika), Kilian Mbappe (Fransa), Pak Sın Xo (Cənubi Koreya) və Neymarı (Braziliya) qabaqlayıb.
Rişarlisonun daha bir qolu – `1\8 finalda Cənubi Koreyaya vurduğu qol da ən yaxşı adına namizədlər siyahısında olub.