DÇ-2026: Daha 2 iştirakçı müəyyənləşdi
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının daha iki iştirakçısı müəyyənləşib.
Msport.az xəbər verir ki, bu gecə keçirilən oyunlardan sonra Almaniya və Niderland yığmaları da mundiala vəsiqəni rəsmiləşdiriblər.
Bununla da DÇ-2026-da iştirakı dəqiqləşən milli komandaların sayı 34-ə çatıb.
Buna qədər meydan sahibləri – ABŞ, Kanada və Meksika ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliyanın da mundialda mübarizə aparacağı dəqiqləşib.
Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.







