featured-image-71631

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatının onun peşəkar karyerasında sonuncu yarış olacağını təsdiqləyib.

Msport.az xəbər verir ki, bu barədə o, Səudiyyə Ərəbistanında keçirilən turizm forumunda bildirib.

“Bəli, bu, doğrudur. Həmin vaxt mənim 41 yaşım olacaq. Daha əvvəl də dediyim kimi, sadəcə anın dadını çıxarıram”, – deyə Ronaldo söyləyib.

40 yaşlı Ronaldo “Qızıl top” mükafatının beşqat qalibidir.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-da keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.

Bənzər xəbərlər