featured-image-72173

FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatı üçün satılan biletlərin sayını açıqlayıb.

Msport.az xəbər verir ki, mundiala artıq 2 milyon bilet satılıb. Daha əvvəl FİFA DÇ-2026 üçün biletlərin qiymətləri barədə məlumat vermişdi. Bildirilmişdi ki, biletlər 60 dollardan 6730 dollara qədər dəyişir.

Qeyd edək ki, mundial 11 iyun–19 iyul tarixlərində keçiriləcək. Turnir tarixində ilk dəfə olaraq 48 milli komanda mübarizə aparacaq. Son dünya çempionu Argentina millisidir. Cənubi Amerika təmsilçisi 2022-ci ilin finalında Fransa üzərində qələbə qazanmışdı. Matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatmış, penaltilər seriyasında argentinalılar üstün olmuşdu.

Bənzər xəbərlər