DÇ-də qol vuran futbolçu “İnter Mayami”yə keçdi
“İnter Mayami” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, MLS təmsilçisi “River Pleyt”dən Matias Qalarsanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paraqvaylı futbolçu mövsümün sonuna kimi icarə əsasında “İnter Mayami”də çıxış edəcək.
24 yaşlı futbolçu Paraqvay millisi ilə dünya çempionatında iştirak edib. O, mundialda 4 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.







