De Byazi Frankfurtdan paylaşım etdi
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Almaniyadan paylaşım edib.
Msport.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının püşkatma mərasimində iştirak etmək üçün Frankfurtda olan italiyalı mütəxəssis AFFA-nın baş katibi Sərxan Hacıyevlə birlikdə turnirin kubokunun yanında çəkilmiş fotosunu yayımlayıb.
66 yaşlı baş məşqçi postun üstündə “Püşkatmanı gözləyərkən” yazıb.
Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.