Debütant “Neftçi”yə qarşı, “Sumqayıt” “Qarabağ” sınağında
Azərbaycan Premyer Liqasında bu gün II tura start veriləcək.
Msport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Neftçi” debütant “İmişli”nin qonağı olacaq.
Şamaxı şəhər stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da səslənəcək.
İkinci görüşdə ölkə çempionu “Qarabağ” “Sumqayıt”ı sınağa çəkəcək. Oyun saat 19:30-da “Azərsun Arena”da başlayacaq.
Azərbaycan Premyer Liqası
II tur
22 avqust
17:00. “İmişli” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu
19:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azərsun Arena”
Qeyd edək ki, turun digər oyunları avqustun 23-25-də keçiriləcək.