featured-image-69250

Fransa millisinin hücumçsusu Osman Dembele DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə oyununda (2:0) zədə alıb. Msport.az xəbər verir ki, PSJ-nin futbolçusu bu səbəbdən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Ukrayna ilə görüşdə ikinci hissədə meydana çıxan forvard 81-ci dəqiqədə əvəzlənib.

Dembele Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda “Atalanta” ilə görüşdə komandasına kömək edə  bilməyəcək. O, sentyabrın 21-də Fransa çempionatının “Marsel”lə oyununu da buraxacaq.

O, böyük ehtimalla oktyabrın 10-da “Park De Prens” Azərbaycan millisi ilə DÇ-2026-nın seçmə oyununda da çıxış etməyəcək.

 

Bənzər xəbərlər