Dembele yenidən zədələndi
PSJ-nin hücumçusu və 2025-ci ilin “Qızıl top” sahibi Usman Dembele növbəti dəfə zədələnib.
Msport.az xəbər verir ki, “Nitsa” ilə oyundan (1:0) sonra fransalı futbolçu komanda yoldaşı Əşrəf Hakimiyə arxa bud əzələsində şiddətli ağrılar hiss etdiyini bildirib.
Dembelenin əvvəlki zədəsi yenidən təkrarlanıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu sentyabr–oktyabr aylarında eyni səbəbdən 5 oyun buraxmışdı və bərpadan sonra da hələ tam matç oynaya bilməyib.







