Dimarko “İnter”də qalır
“İnter” sol cinah müdafiəçisi Federiko Dimarko ilə müqaviləni 2028-ci ilin iyununa qədər uzatdıqdan sonra “Barselona”nın bu transferdəki şansları kəskin azalıb.
Msport.az xəbər verir ki, İtaliya çempionu təcrübəli futbolçu ilə daha uzunmüddətli yeni müqavilə imzalamaq üçün danışıqları davam etdirməyi planlaşdırır. “Barselona” daha əvvəl Alexandro Balde və əlavə ödəniş müqabilində mübadilə variantını araşdırsa da, bu cəhd uğursuz alınıb.
Həm İtaliya klubu, həm də Dimarko birgə əməkdaşlığı davam etdirməkdə tam maraqlıdırlar.







