featured-image-37716

Türkiyənin 1-ci liqasında 7-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyespor” “Bandırmaspor”u qəbul edib. Görüşdə Diniyevin komandası 0:1 hesabıyla uduzub.

Coşqun meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 90+6-cı dəqiqədə sarı vərəqə də alıb.

Qeyd edək ki, “Ümraniyəspor” hazırda 2 xalla sonuncu pillədə qərarlaşıb.

Bənzər xəbərlər