featured-image-46287

Bakıda güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir. Msport.az xəbər verir ki, bu gün sərbəst üsulla güləşən pəhləvanlar mübarizəyə başlayıblar.

Milli komandamızın 5 üzvü yarımfinala vəsiqə qazanıb. 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə yarımfinalda Makedoniyanə təmsil edən Vladimir Yeqorovla qarşılaşacaq.

Yığmamızın lideri Hacı Əliyev (65 kq) yarımfinalda Albaniya nümayəndəsi İslam Dudayevlə üz-üzə gələcək.

Turan Bayramov (74 kq) italiyalı Franko Çamizio ilə mübarizə aparacaq.

Georgi Meşdilvişli (125 kq) yarımfinalda bolqarıstanlı Alen Xubulovla görüşəcək.

Osman Nurməhəmmədov (86 kq) 1\4 finalda qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda Maqomed Ramazanovla (Bolqarıstan) gücünü sanayacaq.

Qeyd edək ki, yarımfinal görüşlərinin qalibləri Olimpiadaya vəsiqə qazanacaqlar.

 

Bənzər xəbərlər