featured-image-37221

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.

Msport.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Orxan Abasov (79 kq) təsnifat mərhələsində Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən İman Mahdavi ilə üz-üzə gələcək.

Əliabbas Rzazadə (57) 1/16 finalda Zeyn Riçardsla (ABŞ) qarşılaşacaq.

Turan Bayramov (74) 1/16 finalda bəhreynli Maqomedrasul Asluyevlə, Osman Nurmaqomedov (92) 1/8 finalda Teyvir Bol (Kanada) – Denis Sahaliuk (Ukrayna) cütünün qalibi ilə güləşəcək.

Bundan başqa, Maqomed-Başir Xaniyev (70 kq) təsəlliverici görüşdə polşalı Patrik Olenşinlə üz-üzə gələcək.

Bənzər xəbərlər