Dünya və Avropa çempionatlarının bombardiri – Harri Keyn
İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn yeni uğura imza atıb.
Msport.az xəbər verir ki, 32 yaşlı hücumçu bunu DÇ-2026-nın seçmə mərhələsindəki uğurlu çıxışı ilə bacarıb.
Harri dünya çempionatı və Avropa çempionatının seçmə mərhələlərinin bombardiri olub. Forvard əsas turnirlərin seçmə oyunlarında 40 qol vurub. Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun aktivində isə 32 qol var.
Qeyd edək ki, İngiltərə yığması seçmə mərhələni maksimum nəticə ilə – 24 xalla başa vurub.







