featured-image-36427

AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovu uşaqlara görə cəzalandırıb.

Bu barədə Msport.az saytına 35 yaşlı mütəxəssisin özü məlumat verib.

O ciddi məsələ olmadığını bildirib: “Sadəcə, qaydaları bilmirdim. Oyun qurtarandan sonra uşaqları içəri saldım. Öz uşaqlarım deyildi. Sonradan məlum oldu ki, buna etmək olmaz. Futbolda belə şeylər olur. Təcrübə belə toplanılır.

Düzdür, bilmədiyim üçün bu dəfəlik bağışlaya bilərdilər. Amma keçmədilər. Qərara hörmətlə yanaşıram. Orada rəsmi şəxslərin tələblərinə əməl etmədiyim, aqressiv danışdığım barədə yazılanlar boş şeydir. Elə şey olmayıb”.

Qeyd edək ki, İK-in qərarına əsasən, Əfran İsmayılov “Sumqayıt”la görüş bitdikdən sonra rəsmi şəxslərin tələblərinə əməl etmədiyindən, 1-i şərti olmaqla 2 oyunluq cəzaya məruz qalıb. “Araz-Naxçıvan” isə 1000 manat cərimələnib.

Bənzər xəbərlər