Əfsanəvi futbolçu “Bayer” – “Qarabağ” oyunundan danışdı
“Bayer”in “Qarabağ”la oyununu uzun müddət xatırlayacağıq”.
Msport.az xəbər verir ki, bunu Almaniya futbolunun əfsanəsi Lotar Matteus “Bayer” klubunun “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
62 yaşlı mütəxəssis Leverkuzen təmsilçisinin çıxışından məmnun qalmadığını gizlətməyib: “Bu, əlbəttə ki, “Bayer”in ən yaxşı oyunu deyildi. Təmsilçimiz qalib gəlmək istəyindən vaz keçmədi. Bu da “Bayer”in son bir neçə ayda Xabi Alonsonun rəhbərliyi altında təkrarlanan uğur hekayəsindən xəbər verir”.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer” 1/4 finala adlayıb.