"Əgər çarpayıdan yıxılmasa..." - Qvardiola Haaland haqqında
Erlinq Haaland “Bayern Münhen”lə yoxlama matçında “Mançester Siti”nin heyətində debüt edəcək.
Msport.az xəbər verir ki, “Manchester Evening News”a istinadən xəbər verir ki, bu məlumatı “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola verib:
“Əgər axşam məşqində xoşagəlməz bir hadisə baş veməsə, ya da bu gecə o, özünü pis hiss etməsə, çarpayıdan yıxılıb qolunu sındırmasa, meydanda olacaq”.
Qeyd edək ki, “Mançester Siti” ilə “Bayern Münhen” arasında yoxlama görüşü iyulun 24-də keçiriləcək.
“