"Əlbəttə, çıxış yolu var" - Arne Slot
“Liverpul”un baş məşqçisi Arne Slot komandasının uğursuz çıxışından danışıb. Msport.az xəbər verir ki, Mersisayd klubu ardıcıl iki oyunda 0:3 hesabı ilə uduzub və turnir cədvəlində 11-ci yeri tutur:
“Əlbəttə, çıxış yolu həmişə var. Xüsusən də heyətdə bu cür keyfiyyətli futbolçular varsa. Düşünürəm ki, udub-uduzmaqdan, hansı heyəti qoymaqdan asılı olmayaraq, geriyə baxanda hər zaman fikirləşəcəksiniz ki, “biz nəyi daha yaxşı edə bilərik?”. Biz nəyi dəyişə bilərik”?







