featured-image-39972

UEFA Gənclər Liqasının A qrupunda keçiriləcək “Bavariya” (Almaniya) – “Kopenhagen” (Danimarka) oyununu FIFA referimiz Elçin Məsiyev idarə edəcək.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ona Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər.

Dördüncü hakim funksiyasının Michael Bacher (Almaniya) yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq.

Bənzər xəbərlər