featured-image-36358

“Sözün əsl mənasında kluba, komanda yoldaşlarıma məni yaxşı qəbul etdiyi üçün təşəkkür edirəm. Böyük tarixi olan klubu təmsil etmək qürurdur. Əlimdən gələni edəcəm ki, “Neftçi”nin uğurlarına faydam olsun”.

Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Dieqo Valdez klubun telekanalına açıqlamasında deyib.

“Bir neçə həmyerlimin burada oynadığını bilirəm. Amma onlarla danışmaq imkanım olmayıb. Onlar burada necə yaxşı olubsa, mən də bunu davam etdirmək istəyirəm” – deyə o bildirib.

Paraqvaylı yarımmüdafiəçi sağlam rəqabətin komanda üçün faydalı olduğunu vurğulayıb: “Hər oyunçu üzərində təzyiq hiss edir və özünü yaxşı tərəfdən göstərməyə çalışır. Son qərarı məşqçi verir. Çalışacam ki, özümü yaxşı tərəfdən göstərim, məşqçi də məni seçsin”.

“Neftçi” Dieqo Valdezlə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu 6 nömrəli formanı geyinəcək.

Bənzər xəbərlər