featured-image-55207

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Msport.az xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq.

Oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər