featured-image-46603

Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində keçirilən “Neftçi” – “Araz-Naxçıvan” oyunundan sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Dinamik oyun olmasa da, hər iki komanda hücum futbolu oynamaq istəyirdi. Bu gün bəzi elementlər var idi ki, istədiyimizi etdik. Qısa müddətdir burayıq.

– İstədiyiniz komandanı görmək üçün nə qədər vaxt lazımdır?
– Çempionatın bitməyinə qısa müddət qalıb. Hər şey pillə-pillə olmalıdır. Təklif olanda düşünmədən qərar verdim. Düşünürəm ki, istədiyimiz oyunu tapacağıq. Komandanın planları mənə də maraqlıdır.

– Komandanın rəhbərlik ilə bağlı problemi olduğu iddia olunur. Bu Sizi çəkindirmir?
– 5 gündür burdayam. Cavabdeh şəxs mənəm. Rəhbərliklə görüşdə tələblərimizi açıqlamışıq. Rəhbərlik futbol oynamır. Söz veriblər ki, işlər daha da yaxşı olacaq. Mənə inanıb bura gətiriblərsə, nəticəyə cavabdeh şəxs mənəm.

– Sizin qarşınıza hansı hədəflər qoyulub?
– Avrokuboklara hazır olmaq lazımdır. Dözümlü komanda yaratmağı mədən istəyiblər. Hər şeyə hazır olmalısan. İstəklə bağlı bir şey yoxdur. Gündəlik prosesləri qaydaya salmaq lazımdır. Hər oyunda maksimum nəticə üçün oynamalıyıq. Oyun keyfiyyətini yaxşılaşdırmalıyıq. Komanda birinci ildir ki, Premyer Liqada çıxış edir. İndidən nəsə gözləmək düzgün deyil. Oyun planı qaydasına düşməlidir.

– Bu gün “Neftçi” nəyin hesabına sizi üstəldi?
– Hissənin əvvəlində və sonunda qolar buraxdıq. Səhv etdik, rəqib bundan istifadə etdi. “Neftçi” oyun planında bizdən üstün deyildi. (Futbolpress)

Bənzər xəbərlər