featured-image-42679

Sol cinah müdafiəçisi axtarışlarını davam etdirən “Qalatasaray”ın transfer siyahısında sürpriz ad var.

Msport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev həmin “short list”də yer alıb.

Belə ki, İstanbul təmsilçisi ötən ilin martından bəri dostlaşdığı Ağdam klubuna şifahi müraciət edib, bu keçidin mümkünlüyü üçün “nəbz yoxlayacaq”.

“Qarabağ”da aparıcı qüvvəyə çevrilən müdafiəçinin qiyməti minimum 1 milyon avrodur. Təbii ki, bu məbləğ “Cim-bom” üçün cüzi rəqəm sayılır. Lakin ağdamlıların UEFA Avropa Liqasında “Braqa” ilə vacib oyundan öncə 23 yaşlı futbolçunu satmağa müsbət yanaşacağı qeyri-müəyyəndir. Çünki Qarabağda yerli oyunçu qıtlığı var və “kğhlən atlar” bu sayı artırmaq fikrindədir.

Bildirək ki, Cəfərquliyevin “Qarabağ”la 2026-cı ilin 30 iyununadək müqaviləsi var. (Pressing.az)

Bənzər xəbərlər