Emil Balayev yenidən əməliyyat olunur
“Neftçi” Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə” ilə keçirəcəyi oyununa hazırlığı davam etdirir.
Msport.az xəbər verir ki, komandamızın üzvlərindən Emil Balayev qırılmış axil vətəri əməliyyatı keçirəcək.
Bir müddətdir zədəli olan oyunçulardan Filib Ozobiç komanda ilə məşqlərə start verib, İvan Brkiç isə individual olaraq hazırlığını davam etdirir.
Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu dekabrın 3-ü saat 17:00-da “Neftçi Arena”da olacaq.







