featured-image-59420

Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.

Msport.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

O, “Neftçi” ilə birlikdə məşqlərə başlayacağını deyib:

“Bildiyiniz kimi sabahdan komanda təlim-məşq toplanışına başlayır. Zədəm sağalıb, hazıram. Kollektivə tam qoşulmaq üçün bir-iki gün lazım olacaq”.

Qeyd edək ki, E.Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnmişdi.

“Neftçi” Misli Premyer Liqasının XIX turunda “Sabah”la üz-üzə gələcək. Görüş yanvarın 19-da, “Neftçi Arena”da, saat 18:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda turnir cədvəlində 17 xalla səkkizinci pillədə qərarlaşıb. (Report.az)

Bənzər xəbərlər