featured-image-71465

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqası tarixində üç fərqli komandada ardıcıl beş oyunda qol vuran ilk oyunçu olub.

Msport.az xəbər verir ki, Holann Çempionlar Liqasının 4-cü turunda komandasının “Borussiya” (Dortmund) üzərində 4-1 hesablı qələbə qazandığı oyunda qol vuraraq qol seriyasını beş oyuna çatdırıb.

O, əvvəllər “Borussiya” (2020/21) və “RB Salzburq”da (2019/2020) ilə oxşar uğurlara imza atıb.

Haland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsi 2034-cü ilə qədərdir. Futbolçu bu mövsüm 18 oyun keçirib, 21 qol vurub və iki məhsuldar ötürmə edib.

Bənzər xəbərlər