featured-image-42574

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Premyer Liqanın XX turunda Qəbələdə “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Msport.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

sas məqsədimiz əvvəlki “Kəpəz”i geri qaytarmaqdır

“Futbolçularıma təşəkkür edirəm, onlar verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Düzdü, oyunun sonuna yaxın konsentrasiyanı itirdilər. Nəticədə də məğlub olduq. Əsas tapşırığımız onların bu gün mübariz oynaması idi. Bu mübarizəyə görə də onlara minnətdaram. Əsas məqsədimiz əvvəlki “Kəpəz”i geri qaytarmaqdır. Mübariz, qalib komanda olmalıyıq. Bunun üçün addımlar atırıq, çalışırıq. Ümid edirəm ki, buna nail olacağıq”.

Bənzər xəbərlər