featured-image-43927

“Qrupumuz kifayət qədər çətin idi. Belarus və Özbəkistan yığmasının üzvləri bizim futbolçulardan iki yaş böyükdürlər. Rusiya güclü kollektivdir”.

Msport.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Aleksandr Qross Belarusda təşkil olunan beynəlxalq turnirdə Özbəkistan yığmasına 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis ilk 3 matçın seleksiya xarakterli olduğunu bildirib: “Sistemi, müxtəlif futbolçuları nəzərdən keçirdik. Bilirsiniz ki, komandaya yeni oyunçular qoşulublar. Müdafiə xətti ilə bağlı seçdiyimiz plan özünü doğrultdu. Hücum xətti ilə bağlı isə daha çox işləməliyik. Turnirik ilk hissəsi başa çatdı. Yaxşı dincəlib bir gün sonrakı oyuna hazırlaşmalıyıq”.

Qrossun sözlərinə görə, qrupda sonuncu olmamaq milli komanda üçün motivasiyadır: “Futbolçular peşəkardırlar. Meydana qələbə üçün çıxırlar. Dediyim kimi, ilk məqsədimiz futbolçuları yoxlamaqdır.

Şadam ki, bu templə davam edirik. Düşünürəm ki, neqativ emosiyalar olmadan somnuncu matça hazırlaşmalı və Allahın köməyi ilə yaxşı nəticə qazanmalıyıq”.

Qeyd edək ki, turnirdə 7 və 8-ci yerlər uğrunda oyunlar fevralın 24-də keçiriləcək. Millimiz digər qrupda 4-cü yeri tutan komanda ilə qarşılaşacaq.

Bənzər xəbərlər