"Fasilədən sonra pis oynadıq" - Moldava U-21-nin baş məşqçisi
Moldovanın U-21 yığmasının baş məşqçisi Ştefan Stoyka Azərbaycanla yoxlama oyunundan (0:0) sonra fikirlərini bildirib.
Msport.az Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, o, hələ qarşıda çox iş görməli olduqlarını deyib:
“Bizim komanda yenidir, yəqin ki, onlarda da elədir. Mən onların görüşünə baxdım və gördüm ki, oyun dəsti-xətti yaranır. Birinci hissədə rəqib bizim qapıya yaxın düşə bilmədi. Ancaq biz də fərqlənə bilmədik. Fasilədən sonra pis oynadıq. Aydın məsələdir ki, bütün uşaqlara şans vermək istəyirdim, özüm üçün müəyyən qeydlər apardım. Bizim hələ çox işimiz var.
3-4 günə əla komanda formalaşdırmaq mümkün deyil. Lakin futbolçular başa düşdü ki, onlar top uğurunda mübarizə aparmalıdırlar və milli komanda üçün ən vacib olanı uduzmamalıdırlar. Biz heç-heçə edə bildik, irəlidəki matçlara baxacağıq”.