featured-image-82381

“Fənərbağça”nın futbolçusu Rodriqo Bekao karyerasını Rusiyada davam etdirəcək.

Msport.az xəbər verir ki, İstanbul klubu müdafiəçini “Rodina”ya icarəyə verib.

Müqavilə 2026-2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

30 yaşlı oyunçu 2018 və 2019-cu illərdə Rusiyanın digər komandası ÇSKA-da çıxış edib.

Bekao 2023-cü ilin yayında “Fənərbağça”nın şərəfini qoruyurdu. Braziliyalı futbolçunun “Fənər”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

 

Bənzər xəbərlər