"Fənərbağça"nın qapıçısı Azərbaycan millisində? - AFFA-dan açıqlama
AFFA “Fənərbaxça”nın qapıçısı İrfan Can Eğribayatın milliləşdiriləcəyi ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərə münasibət bildirib.
Milli assosiasiyadan Msport.az saytına verilən məlumata görə, 25 yaşlı qolkiperin yığmaya cəlb olunması gündəmdə deyil.
Ümumiyyətlə, təcrübəli çərçivə qoruyucusuna AFFA-dan heç bir təklif olmayıb.
Qeyd edək ki, İrfan Can Eğribayat karyerası ərzində “Adanaspor” və “Göztepe” klublarında da çıxış edib. O, 2022-ci ildən “Fənərbaxça”nın üzvüdür.
Qapıçı Türkiyənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarının da formasını geyinib.