"Fənərbağça"nın skautları "Qarabağ"ın futbolçusu üçün Bakıda
“Qarabağ” klubunun futbolçusu Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə yerli “Fotospor” nəşri məlumat yayıb.
İstanbul təmsilçisinin skautları “Qarabağ”ın Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdırdığı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu izləmək üçün Bakıya da gəliblər.
Türkiyə klubunun 27 yaşlı braziliyalı forvard barədə araşdırmaları davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, Juninyo 2023-cü ilin yayında “Qarabağ”a keçib.
Xatırladaq ki, səfərdə “Braqa”yaqalib (4:2) gələn “köhlən atlar” Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Komanda bu raundda Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək.