featured-image-52576

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir. Msport.az xəbər  verir ki, “Fənərbaxça” İstanbulda “Lill”ə qarşılaşıb.

Meydan sahibləri hesabı 90+1-ci dəqiqədə açıb. Diakite avtoqol müəllifi olub. Fransa təmsilçisi 109-cu dəqiqədə meydanda azlıqda qalıb. Mandi qırmızı vərə alıb. Kanada yığmasının üzvü Conatan Devid 116-cı dəqiqədə hesaba tarazlıq gətirib – 1:1. İlk oyunda “Lill” 2:1 hesabı ilə qələbə qazandığından “Fənər” Çempionlar Liqasından kənarda qalıb. Joze Mourinyonun komandası mübarizəni Avropa Liqasında davam etdirəcək.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Cavab oyunları

APOEL (Kipr) – “Slovan” (Slovakiya)  0:0

“Bodo Qlimt” (Norveç) – “Yagelloniya” (Polşa) 4:1

“Tvente” (Niderland) – “Zaltsburq” (Avstriya) 3:3

“Fənərbaxça” – “Lill” 1:1

 

Bənzər xəbərlər